Cəlilabadda güclü yanğın – FOTO/VİDEO

Hazırda oxunan: Cəlilabadda güclü yanğın – FOTO/VİDEO

643836

Cəlilabad rayonunun “Zəvvar” ovçuluq təsərrüfatında yenidən güclü yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsində, magistral yolun kənarındakı ərazidə müşahidə olunur.

Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
 

Qeyd edək ki, “Kiçik Zəvvar” ovçuluq təsərrüfatı Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında yerləşir. Ərazinin böyük hissəsinin payız və qış aylarında yağıntılar səbəbindən su altında qalması yanğınsöndürənlərin hərəkətini və yanğına müdaxiləni çətinləşdirir.


Yanğının səbəbi və əhatə etdiyi ərazinin sahəsi barədə hələlik məlumat verilmir.






Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin