Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının Rusiya lideri Vladimir Putinin mövqelərini gücləndirəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə açıqlamasında danışıb.
“Mənim Putinə münasibətim tamamilə aydındır. Hesab edirəm ki, sanksiyaları ləğv etsək, onu daha da gücləndirəcəyik. Prezident Trampla aramızda şəxsi münaqişə yoxdur, lakin təbii ki, istənilən sanksiya yumşaldılmasının əleyhinəyəm”, – deyə Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, Putinə hər hansı güzəşt edilməsi daha böyük tələblərə yol açacaq.
“Bilirəm ki, Putinə nəsə versəniz, o, hər şeyi istəyəcək”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Bizim.Media




































































































