Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlavə dəniz piyadaları qüvvələri göndərməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla yazıb.
Məlumata görə, bu, bölgədəki ABŞ hərbi kontingentinin daha 9-10 min nəfər artırılması deməkdir. Gəmilərin, qırıcı təyyarələrin, dəniz piyadalarının və dənizçilərin noyabrın sonunadək bölgəyə çatacağı gözlənilir.
“Theodore Roosevelt” aviadaşıyıcısı sentyabrın 27-də San-Dieqodan yola düşüb. Hazırda “George H.W. Bush” və “George Washington” aviadaşıyıcıları da Yaxın Şərqdə yerləşdirilib.
Qəzetin məlumatına görə, “George Washington” bölgədə qalarsa, ABŞ aprel ayından bəri ilk dəfə burada eyni vaxtda üç aviadaşıyıcı zərbə qrupuna malik olacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:44 / 02.10.2026
ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir
Hazırda oxunan: ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir
Hazırda oxunan: ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir
639947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































