Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

639940

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə M. Babayev "X" sosial şəbəkə hesabında yazıb.
 

"Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşməkdən məmnun oldum. Azərbaycan-Yaponiya münasibətlərinin möhkəmləndirilməsinə, həmçinin iqlim və ətraf mühit məsələləri üzrə əməkdaşlığımıza verdiyi töhfələrə görə minnətdarlığımı bildirdim", - o qeyd edib.


M. Babayev K. Vatanabeyə gələcək fəaliyyətində uğurlar arzulayıb və diplomatik karyerasının növbəti mərhələsi üçün ən xoş arzularını ifadə edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin