Toyuq filesi bahalaşdı - VİDEO

Hazırda oxunan: Toyuq filesi bahalaşdı - VİDEO

639937

Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb.

Bizim.Media xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır.

Hazırda bəzi satış məntəqələrində toyuq filesinin bir kiloqramı 10 manata qədər yüksəlib. Alıcılar bildirirlər ki, xüsusilə ailələrin gündəlik alış-verişində geniş istifadə etdiyi məhsulun bahalaşması büdcəyə əlavə yük yaradır.
 

Satıcıların sözlərinə görə, son günlərdə satışda toyuq filesi qıtlığı müşahidə olunur. Bəzi mağazalarda məhsul ümumiyyətlə yoxdur. Olanlarda isə qiymət artıb.


Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də bu məhsula tələbatın artdığını deyib. Onun sözlərinə görə, sentyabrda əhalinin tətildən qayıtması və turist axınının artması toyuq ətinə, xüsusilə file və bud hissələrinə marağı artırıb.

Qeyd edək ki, file ilə bərabər toyuğun digər hissələrində də qiymət artımı olub. Qiymətlərin yenidən stabilləşəcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber-in videomaterialında: 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin