Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Hazırda oxunan: Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

639933

Avropa İttifaqı Ukraynanın 90 milyard avro məbləğində kredit vəsaitinin vaxtından əvvəl ayrılması ilə bağlı müraciətini hələlik qəbul etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, sentyabrın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşündə müttəfiqlərdən ölkənin təxminən 26 milyard avroluq büdcə kəsirinin bağlanmasına yardım göstərməyi istəyib. O, həmçinin Aİ-dən 90 milyard avroluq kreditin ayrılmasını sürətləndirməyi xahiş edib.
 

Aİ bu məsələni təxirə salıb və 2026-cı il üçün Ukraynaya 37 milyard avro büdcə dəstəyi ayırıb. Lakin vəsaitin ayrılması Kiyevin əsas islahatların həyata keçirilməsində əldə etdiyi irəliləyişlə əlaqələndirilib.


Bununla yanaşı, Avropa Komissiyası və Ukrayna 2026-cı il üçün ölkənin büdcə və müdafiə ehtiyaclarının qarşılanmasına yönələcək vəsaitləri müəyyən etdiklərini açıqlayıblar. Tərəflər 2027-ci il üçün əlavə maliyyə ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində də işləyəcəklər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin