ABŞ Rusiyanın A7 ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton bu sistemin İranın sanksiyalardan yayınmasına kömək etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, A7 şəbəkəsi sanksiyalarla və ya qanunsuz fəaliyyətlə əlaqəli ödənişləri adi kommersiya əməliyyatları kimi göstərmək üçün saxta ticarət sənədlərindən, idxal və ixracla bağlı saxtalaşdırılmış məlumatlardan və məhsulların yanıltıcı təsvirlərindən istifadə edib.
ABŞ Maliyyə Nazirliyi həmçinin A7-nin subagentlərinin İran neftinin satışına və silah alışına yardım etdiyini bildirib.
Məlumata görə, A7-nin subagentlərindən biri İranın “kölgə donanması” ilə əlaqəli qurumlarla əməliyyatlar aparıb. Həmin subagent və onunla əlaqəli şirkət sanksiyalardan yayınan təşkilatlardan ümumilikdə 140 milyon dollara yaxın vəsait əldə edib.
Nazirliyin məlumatına görə, A7-nin digər subagenti isə İran sanksiyalarından yayınma və silah tədarükü ilə əlaqəli şirkətə təxminən 1,6 milyon dollar köçürüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:43 / 01.10.2026
ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ
Hazırda oxunan: ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ
Hazırda oxunan: ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ
639931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































