Uzatma kabelləri tarixə qovuşur

Hazırda oxunan: Uzatma kabelləri tarixə qovuşur

639945

Evlərdə uzatma kabellərinin yaratdığı görüntü çirkliliyi və səliqəsizlik, inkişaf edən interyer dizaynı və elektrik planlaşdırma həlləri sayəsində yerini gizli sistemlərə buraxır. Yeni tikilən və ya təmirdən keçən evlərdə elektrik şəbəkələri mebel yerləşimi əvvəlcədən nəzərə alınaraq layihələndirilir.

Bizim.Media xəbər verir ki, divarlardan uzaqda yerləşdirilən divan, kreslo və ya jurnallar masaları üçün döşəməyə basdırılan qapaqlı montaj qutuları ön plana çıxır.

İstifadə olunmadığı vaxtlarda döşəmə örtüyü ilə eyni cizgiyə malik olan bu sistemlər ehtiyac yaranarsa, standart 230 voltluq prizlərdən istifadə etməyə imkan verir.

Oxşar inteqrasiya iş yerlərində də tətbiq olunur. Masanın səthinə quraşdırılan priz modulları kompüter, telefon və masa lampası kimi cihazların birbaşa iş sahəsindən qidalanmasını təmin edir. Standart prizlərlə yanaşı USB-A və USB-C bağlantı nöqtələrini də özündə birləşdirən bu modullar kabel səliqəsizliyini və ayağa dolaşma risklərini aradan qaldırır. Monitor və sistem blokunun kabelləri isə masa altındakı xüsusi kanallar vasitəsilə gizli prizlərə yönləndirilir.

Yataq otaqlarında çarpayının baş tərəfindəki komodun arxasında elektrik yuvası axtarmaq məcburiyyəti, mebellərin yan və ya üst hissələrinə inteqrasiya edilən cərəyan mənbələri ilə aradan qaldırılır. Yeni nəsil mebel dizaynlarında şarj qurğuları birbaşa çəkməcələrin (sirkonların) içərisinə yerləşdirilir.

Mətbəx dəgahlarında isə açılıb-bağlanan (pop-up) elektrik yuvası sütunlarına üstünlük verilir.

Blender, tost aparatı və ya mikser kimi kiçik məişət texnikası istifadə edilərkən mexanizm vasitəsilə dəzgahın üstünə çıxarılan bu sütunlar iş bitdikdən sonra yenidən dəzgahın içərisinə gizlədilir. Mütəxəssislər mətbəxdəki quraşdırma işləri zamanı su mənbələrinə olan məsafəyə diqqət yetirilməli və quraşdırmanın səlahiyyətli elektrikçilər tərəfindən həyata keçirilməli olduğu barədə xəbərdarlıq ediblər.

Stasionar elektrik yuvası həllərinin yayılmasına baxmayaraq, uzatma kabelləri mebel düzümündəki dəyişikliklər, müvəqqəti işıqlandırmalar və ya mövsümi elektrikli cihaz istifadələri üçün praktik seçim olmağa davam edir. Lakin hər hansı bir evdə daimi olaraq uzatma kabelinə ehtiyac duyularsa, əlavə stasionar priz xəttlərinin çəkilməsi tövsiyə olunur. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin