Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Hazırda oxunan: Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

639936

Kiyevdə Cənub körpüsünə gün ərzində ikinci dəfə zərbə endirildiyi bildirilir.

Bizim.Media xəbər verir ki, Kiyev meri Vitali Kliçko hadisə nəticəsində dron zərbəsindən körpünün dayağının, yol kənarındakı qoruyucu səddin, yol örtüyünün və metropolitenin qoruyucu beton konstruksiyasının zədələndiyini açıqlayıb.

Körpüdə metro və yerüstü ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, bu gün daha əvvəl iki dron Cənub körpüsünün dayaq hissəsinin yaxınlığına düşüb. Həmin vaxt kritik zədələnmələrin qeydə alınmadığı bildirilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin