ABŞ Prezidenti Donald Tramp Polşada ABŞ ordusunun hərbi bazasının yaradılması planlarında əhəmiyyətli irəliləyişin olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb. Onun sözlərinə görə, layihə reallaşacağı təqdirdə, bazanın yerləşəcəyi məkan “çox tezliklə” açıqlanacaq.
“Möhtəşəm xəbər! Dostum, Polşa Prezidenti Karol Navrotskinin cəsarətli rəhbərliyi sayəsində Polşada ABŞ ordusunun bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub”, — deyə Tramp bildirib.
Amerika prezidenti bu bazanın mümkün yaradılmasını ABŞ-Polşa alyansı üçün “tarixi addım” adlandırıb.
Bununla belə, Tramp layihənin xarakteri, icra müddəti və ya bazanın yerləşəcəyi ehtimal olunan məkan barədə ətraflı məlumat verməyib.
Bizim.Media






































































































