Polşa hava məkanını pozan bütün obyektləri VURACAQ

Hazırda oxunan: Polşa hava məkanını pozan bütün obyektləri VURACAQ

636604

Polşa hərbçiləri ölkənin hava məkanını pozan bütün obyektləri vurmaq hüququna malikdir.

Bizim.Media xəbər verir ki, bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik telekanala açıqlamasında deyib.

Onun sözlərinə görə, belə hallarda Polşa Operativ Komandanlığının rəhbəri hər dəfə əvvəlcədən icazə verilməsi barədə əmr imzalayır.

“Polşa Operativ Komandanlığının rəhbəri hər dəfə belə vəziyyətlərdə əvvəlcədən icazə əmri verir ki, “Patriot” kimi raketdən müdafiə sistemlərimiz və hərbi pilotlarımız hazır vəziyyətdə olsun və dövlət sərhədləri daxilinə müdaxilə baş verdiyi zaman silahdan istifadə edə bilsinlər”, – Tomçik vurğulayıb.

O qeyd edib ki, mexanizm Polşa hava məkanının pozulması halında hərbçilərin operativ şəkildə müdaxilə etməsinə imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin