ABŞ-nin sabiq prezidenti Corc Buş amerikalıların 2001-ci il 11 sentyabr terror hücumlarının dərslərini unutmamalı olduğunu bildirib. O, xüsusilə xaricdə baş verən hadisələrin ABŞ-nin təhlükəsizliyinə birbaşa təsir etdiyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Buş sentyabrın10-da Dallasdakı prezident kitabxanasında sabiq dövlət katibi və milli təhlükəsizlik üzrə müşavir Kondoliza Raysla birlikdə 25 il əvvəl baş verən hadisələri xatırlayıb.
“Ölkəmiz zaman-zaman təcridçilik dövrləri yaşayır. Bu zaman belə bir yanaşma ortaya çıxır: daxildə kifayət qədər problemimiz var, ona görə də xaricdə baş verənlər kimə lazımdır?” – deyə Buş bildirib.
Onun fikrincə, belə mövqe amerikalıların 11 sentyabrın əsas dərsinə diqqət yetirməməsi deməkdir: “digər ölkələrdə baş verən hadisələr ABŞ-nin milli təhlükəsizliyi üçün əhəmiyyət daşıyır”
Buş həmçinin ABŞ-ni tiraniyaya qarşı mübarizə aparan insanları dəstəkləməyə çağırıb. Bununla belə, o qeyd edib ki, belə dəstək mütləq ABŞ hərbçilərinin xaricə göndərilməsi anlamına gəlməməlidir.
Bizim.Media





































































































