Ermənilər Xudavəng monastrında qanunsuz bərpa işləri aparıb - Səbinə Hacıyeva

Hazırda oxunan: Ermənilər Xudavəng monastrında qanunsuz bərpa işləri aparıb - Səbinə Hacıyeva

635893

Ermənilər Xudavəng monastrında işğalın son 10–20 ili ərzində qanunsuz bərpa işləri aparıb və bu işlərin məqsədi tarixi saxtalaşdırmaq olub.

Bizim.Media xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) 4-cü günündə deyib.

Onun sözlərinə görə, ermənilər hətta özləri bərpa etdikləri iki freskanı ərazini tərk edərkən oğurlayıb aparıblar:

"Biz bununla bağlı məlumatı beynəlxalq ictimaiyyətə də təqdim etmişik. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət mədəni irsimizin bu nümunələrinin geri qaytarılmasına kömək göstərəcək".

S.Hacıyeva, həmçinin qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda yerləşən 130 abidənin inventarlaşdırılması ərazinin mina təhlükəsinə görə hələ tamamlanmayıb:

"Genişmiqyaslı humanitar minatəmizləmə işləri ilə yanaşı, Azərbaycan bərpa prosesində insan və mədəniyyət mərkəzli yanaşma tətbiq edir. Tarixi abidələr bərpa olunur, mədəniyyət müəssisələri yenidən açılır, "ağıllı kəndlər" və müasir şəhərlər salınır". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin