Dərsliklərə sağlam qidalanmaya dair materiallar SALINACAQ

Hazırda oxunan: Dərsliklərə sağlam qidalanmaya dair materiallar SALINACAQ

635890

Azərbaycanda 2031-ci ilə qədər məktəb dərsliklərinə sağlam qidalanma və heyvan xəstəliklərinə dair materiallar salınacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əks olunub.

Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, bununla bağlı icraçı qurumlar kimi AQTA, AMEA, KTN (Kənd Təsərrüfatı Nazirliyi) və SN (Səhiyyə Nazirliyi) müəyyənləşdirilib.

Tədbirlərin icra müddəti 2027–2031-ci illəri əhatə edəcək.

Bu müddət ərzində ümumi təhsil pilləsi üzrə yaş səviyyələrinə uyğun sağlam qidalanma və zoonoz xəstəliklərə dair materialların müəyyən edilməsi, onların dərsliklərə daxil edilməsi ilə bağlı təkliflərin hazırlanması, eləcə də materialların dərsliklərin hazırlanmasını həyata keçirən aidiyyəti müəssisələrə təqdim edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin