Azərbaycanda gündəlik neft hasilatı 7 min barel azalıb - Hesabat

Hazırda oxunan: Azərbaycanda gündəlik neft hasilatı 7 min barel azalıb - Hesabat

635958

Bu ilin avqust ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 448 min barel səviyyəsində olub ki, bu da aylıq müqayisədə 7 min barel azalma deməkdir.

Bizim.Media Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, iyul ayında qeyd olunan göstərici 455 min barel səviyyəsində olub.

Məlumata əsasən, ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 454 min barel, ikinci rübündə isə 456 min barel təşkil edib. Beləliklə, ilin ikinci rübündə qeyd olunan göstərici 2 min barel artıb.

Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.

Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan avqust ayında "OPEC+" çərçivəsində kvotasından 103 min barel geri qalıb. (apa-economics)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin