Özbəkistanda əlifba dəyişdirildi

Hazırda oxunan: Özbəkistanda əlifba dəyişdirildi

635956

Özbəkistan parlamentinin yuxarı palatası latın qrafikası əsasında Özbəkistan əlifbasının strukturunu dəyişdirən qanunu qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 

“Qanunla “Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında” Özbəkistan Respublikasının Qanununa müvafiq dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, latın qrafikası əsasında özbək əlifbası əvvəlki 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq. Müzakirələr başa çatdıqdan sonra qanun senatorlar tərəfindən təsdiqlənib”, – deyə açıqlamada bildirilib.


Rəsmi məlumatda vurğulanıb ki, parlament üzvləri artıq təşəbbüsün təsdiqi üçün səs veriblər. Bununla yanaşı, keçid dövrü nəzərdə tutulub. Köhnə qrafikada olan sənədlər, əsginaslar, qiymətli kağızlar, eləcə də mövcud lövhələr və dövlət rəmzləri dəyişdirilənədək və ya fiziki olaraq yararsız hala düşənədək istifadədə qalacaq.

Senat hesab edir ki, bu qərar rəqəmsal mühitdə özbək dilinin inkişafını dəstəkləyəcək və onun istifadəsini sadələşdirəcək. Sənəd yaxın gələcəkdə imzalanmaq üçün dövlət başçısına təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin