Yaponiya BMT-nin yeni dünya xəritəsinə etiraz etdi – Kuril adalarına görə... - FOTO

Hazırda oxunan: Yaponiya BMT-nin yeni dünya xəritəsinə etiraz etdi – Kuril adalarına görə... - FOTO

635964

Yaponiya hökuməti Kuril adaları ilə bağlı yeni BMT dünya xəritəsinin yenidən nəzərdən keçirilməsini tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Jurnalistlər qeyd ediblər ki, Yaponiya BMT-yə üzv 164 ölkədən yeni xəritənin qəbulunu dəstəkləyənlərdən biri olub. Lakin indi Tokio Kuril adalarının Rusiya ərazisi ilə eyni rəngdə göstərilməsindən narazıdır. Xəritədə bu ərazinin Rusiyanın nəzarətində olduğu qeyd olunur, lakin Yaponiya da həmin əraziyə iddia edir.
 

Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib ki, yeni xəritədə Yaponiya hökumətinin mövqeyinə zidd görüntü əks olunub. Onun sözlərinə görə, Tokio artıq vəziyyətin düzəldilməsi tələbi ilə etirazını BMT-yə çatdırıb.


Qeyd edək ki, sentyabrın 4-də BMT Baş Assambleyasının iclasında yeni xəritənin qəbul edilməsinə səs verilib. Təşəbbüs ənənəvi Merkator xəritəsinə alternativ olaraq təqdim edilib və Afrikanın, eləcə də digər regionların ölçülərinin daha dəqiq əks etdirilməsinə yönəlib.

Yeni xəritədə Krım Rusiya ərazisi ilə eyni rəngdə göstərilib. Bununla yanaşı, yarımadanın yanında onun “Rusiyanın nəzarətində olduğu, mənsubiyyətinin isə Ukrayna tərəfindən mübahisələndirildiyi” qeyd edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin