Qazaxıstan Bolqarıstanda keçiriləcək "Evroviziya-2027" beynəlxalq mahnı müsabiqəsində iştirak etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin "Eurovision Kazakhstan" layihəsinin sorğusuna verdiyi cavaba əsasən, ölkənin milli yayımçısı "Khabar Agency" Avropa Yayım İttifaqında (EBU) tamhüquqlu üzvlük əldə etmək üçün müraciət təqdim edib.
Müsabiqədə iştirak üçün bu statusun alınması zəruri addım hesab olunur, lakin EBU hələlik müraciətin alındığını və ya təsdiqləndiyini rəsmi olaraq təsdiqləməyib.
Qazaxıstanın "Khabar Agency" qurumu, həmçinin yaxın vaxtlarda başlaması gözlənilən "Eurovision Song Contest Asia" – Asiya versiyası layihəsində iştirak etmək üçün də dəvət alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:41 / 10.09.2026
Qazaxıstan "Avroviziya-2027" yarışmasında iştirak edəcək?
Hazırda oxunan: Qazaxıstan "Avroviziya-2027" yarışmasında iştirak edəcək?
Hazırda oxunan: Qazaxıstan "Avroviziya-2027" yarışmasında iştirak edəcək?
635918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































