Suraxanıda təmirə görə yolda sıxlıq yarandı - VİDEO

Hazırda oxunan: Suraxanıda təmirə görə yolda sıxlıq yarandı - VİDEO

635950

Suraxanı rayonu, Elzar Yusubov küçəsində, "Qərib Ağa Məscid"nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər.

Nəticə etibarilə həm təmir, həm də bəzi sürücülərin yolun əks istiqamətinə çıxması səbəblərindən yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Hazırda yol polisi əməkdaşları yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin