İsveçrə hökuməti "boşanmış" vətəndaşlıq statusunun ləğvini müdafiə edib və liberal Azad Demokrat Partiyasından olan parlament üzvü Nadin Qobetin müvafiq təşəbbüsünü dəstəkləyib.
Bizim.Media xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Mövcud qaydalara əsasən, nikahı pozulmuş şəxslər boşanmadan uzun illər keçsə belə, rəsmi sənədlərdə və formalarda mülki statuslarını “boşanmış” kimi göstərməlidirlər. Qobe bu tələbi lazımsız hesab edərək boşanmış şəxslərin yenidən “subay” kateqoriyasına aid edilməsini təklif edib.
Deputatın fikrincə, boşanma hüquqi məsələdir və müvafiq prosedur başa çatdıqdan sonra bu məsələ həll edilmiş hesab olunur. Buna görə də onun rəsmi sənədlərdə daim qeyd edilməsi şəxsin şəxsi həyatında baş vermiş hadisənin inzibati qaydada daimi olaraq qeydə alınması deməkdir.
İrəli sürülən təşəbbüs İsveçrə parlamentində müzakirə olunmalıdır. Təsdiqlənəcəyi təqdirdə deputatlar və hökumət qanunvericiliyə müvafiq dəyişikliklər etməli olacaqlar.
Bizim.Media






































































































