İmişlidə yetkinlik yaşına çatmayan qızın toy mərasiminin qarşısı alındı

Hazırda oxunan: İmişlidə yetkinlik yaşına çatmayan qızın toy mərasiminin qarşısı alındı

635921

İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə bununla bağlı daxil olan məlumat dərhal araşdırılıb.
 

Araşdırma zamanı toy mərasiminin oktyabr-noyabr aylarında keçirilməsinin planlaşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində məclisin keçirilməsinin qarşısı alınıb.


Tərəflərin valideynləri İmişli Rayon Polis Şöbəsinə dəvət olunublar. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin