Tailand Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Departamenti sosial şəbəkələrdə ölkədə ağır simptomlarla müşayiət olunan koronavirus infeksiyasının qeyri-adi şəkildə yayılması barədə yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Avqustun sonlarından etibarən sosial şəbəkələrdə koronavirus infeksiyası hallarının qeyri-adi şəkildə artması barədə məlumat yayılıb. Lakin Tailand Səhiyyə Nazirliyi bunun həqiqətə uyğun olmadığını rəsmən açıqlayıb.
“2026-cı il yanvarın 1-dən avqustun 31-dək Tailandda 99 691 COVID-19 yoluxma halı qeydə alınıb. Ölüm halları 15 olub ki, bu da ümumi yoluxanların 0,02 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, son 2-3 ildə ölkədə yoluxma hallarının ümumi sayı 600 mindən 700 minədək dəyişib”, - departamentin yaydığı press-relizdə bildirilib.
Qeyd edək ki, Hazırda Tailandda koronavirusun Omikron NB.1.8.1 variantı üstünlük təşkil edir. Bu variant 2025-ci ildə də ölkədə geniş yayılmışdı.
Bizim.Media





































































































