Xalq artisti Zaur Rzayevin səhhəti stabildir.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü pasiyentin (kişi) vəziyyəti stabil qiymətləndirilir",- məlumatda qeyd edilib.
Qeyd edək ki, Z. Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. (teleqraf.az)
Bizim.Media

































































































