Niderlandda Qərbi Nil qızdırması üç nəfərin həyatına SON QOYDU

Hazırda oxunan: Niderlandda Qərbi Nil qızdırması üç nəfərin həyatına SON QOYDU

635929

Niderlandda Qərbi Nil virusuna yoluxma nəticəsində üç nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Nu.nl” portalı Niderlandın Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutunun (RIVM) məlumatlarına istinadən xəbər verib.

Ölkədə Qərbi Nil qızdırmasına yoluxma hallarının ümumi sayı 18-ə çatıb. İlk ölüm halı barədə avqust ayında məlumat yayılıb.

Qərbi Nil qızdırması isti iqlimə malik ölkələrdə — Misir, Yunanıstan, İsrail, Tailand, Vyetnam, Hindistan, eləcə də Afrika, Asiya, Avropa və Şimali Amerikanın bir çox regionlarında yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin