Qəbul imtahanlarında ədəbiyyat üzrə bu əsərlərdən tapşırıqlar salınacaq – SİYAHI

Hazırda oxunan: Qəbul imtahanlarında ədəbiyyat üzrə bu əsərlərdən tapşırıqlar salınacaq – SİYAHI

635896

2027-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan ve rus dillərində) açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata görə, 6 və 7-ci siniflər üzrə “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin yeni dərslikləri əvvəlki nəşrlərdən fərqləndiyi üçün yeni nəşrlər ədəbiyyat siyahısına daxil edilməyib. Bu fənlər üzrə tapşırıqlar hazırlanarkən əvvəlki nəşrlərə əsaslanılacaq.

6-cı sinifdə “Ümumi tarix” fənnindən müxtəlif variativ dərsliklərdən istifadə edildiyinə görə isə tapşırıqlar hər iki dərslikdə üst-üstə düşən materiallar əsasında hazırlanacaq.

5-ci sinif ədəbiyyatı üzrə tapşırıqlar həmin sinifdə istifadə olunan iki variativ dərslikdəki nəzəri materiallara əsaslanacaq.

Qəbul imtahanlarında ədəbiyyat üzrə bəzi əsərlərin dərsliklərdə yer almayan, lakin oxunması tövsiyə edilən hissələrindən də tapşırıqlar veriləcək. Bunlar Nizami Gəncəvinin “İskəndərnamə”, Məhəmməd Füzulinin “Leyli və Məcnun”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Cəfər Cabbarlının “Oqtay Eloğlu”, Səməd Vurğunun “Vaqif”, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərləri və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qoludur.

Bundan əlavə, 6 və 7-ci siniflərin əvvəlki ədəbiyyat dərsliklərində yer alan bir sıra əsərlər üzrə də tapşırıqlardan istifadə olunacaq. Siyahıda “Xan sarayı”, “Ağıllı uşaq”, “Yaralı bir uşağın dastanı”, “Dərs”, “Zeynalabdin”, “Ağac”, “Çahargah əfsanəsi”, “Düratın itməyi”, “Basatın Təpəgözü öldürdüyü boy”, “Dərzi şagirdi Əhməd”, “Durna teli”, “Hikmətin fəziləti”, “Manqurt”, “Kərgədan və Qarışqa”, “Nurəddin” və “Bahar” əsərləri yer alır.

Rus bölməsi üzrə də 6, 7 və 8-ci siniflərin yeni ədəbiyyat dərslikləri hazırkı 11-ci sinif şagirdlərinin tədrisində istifadə olunmadığı üçün imtahan proqramına daxil edilməyib.

İmtahanlarda əvvəlki nəşrlərdə yer alan əsərlərdən istifadə olunacaq. Onların arasında “Kitabi-Dədə Qorqud”un birinci boyu, “Koroğlu”nun “İstanbula səfər” qolu, Səməd Vurğunun “Azərbaycan”, Mikayıl Müşfiqin “Küləklər”, Anarın “Ötən ilin son gecəsi”, İ. Krılovun “Güzgü və meymun”, A. Puşkinin “Payız”, M. Lermontovun “Borodino”, A. Çexovun “Yoğun və arıq” və “Buqələmun”, K. Paustovskinin “Telegram”, S. Mixalkovun “Səhv” və O. Henrinin “Magi hədiyyələri” əsərləri var.

DİM həmçinin 8-ci sinif üzrə biologiya, kimya və coğrafiya, 9-cu sinif üzrə isə fizika, biologiya və kimya fənləri üçün Azərbaycan və rus bölmələri üzrə materialları təqdim edib.

Təqdim olunan proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək. Jurnalda, həmçinin imtahanlarda yoxlanılacaq seçilmiş altstandartlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları da təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin