Avqustda qiyməti artan mal və xidmətlərin ADLARI AÇIQLANDI - FOTO

Hazırda oxunan: Avqustda qiyməti artan mal və xidmətlərin ADLARI AÇIQLANDI - FOTO

635895

2026-cı ilin avqust ayında Azərbaycanda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0.3 faiz artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Bildirilib ki, qeyd olunan məhsullar ötən ilin müvafiq ayı ilə müqayisədə isə 7.2 faiz bahalaşıb.

"Avqust ayında ayrı-ayrı qida məhsullarından qarabaşaq və yulaf yarması, mal və qoyun əti, təzə balıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, albalı, gilas, ərik, şaftalı, çiyələk, ağ kələm, göyərti, pomidor, sarımsaq və soğanın qiymətləri artıb.

Eyni zamanda, makaron məmulatları, kərə yağı, banan, alma, armud, gavalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, xiyar, şirin bibər, badımcan və kartof ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.

2026-cı ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0.1 faiz, 2025-ci ilin avqust ayı ilə müqayisədə isə 3.7 faiz artıb.

Ay ərzində divar kağızı, kərpic, alçı lövhə, elektrik avadanlıqları, şəxsi gigiyena vasitələri və zərgərlik məmulatlarının qiymətləri bahalaşıb. Yay geyimləri, yuyucu və təmizləyici vasitələr, fərdi kompüterlər və planşetlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Avqust ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki aya nisbətən 0.2 faiz, ötən ilin eyni ayına nisbətən isə 5 faiz artıb.

Ötən ayla müqayisədə istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri yüksəlib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb", - deyə məlumatda vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin