Kirayə qaldığı evdən 8 minlik oğurluq etdi – FOTO

Hazırda oxunan: Kirayə qaldığı evdən 8 minlik oğurluq etdi – FOTO

635898

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin