Piyada keçidləri ilə bağlı sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: Piyada keçidləri ilə bağlı sürücülərə XƏBƏRDARLIQ - VİDEO

635872

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə piyada keçidlərinə yaxınlaşarkən yol hərəkəti qaydalarına ciddi əməl etmələri ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, NİİM-dən sürücülər piyada keçidlərinə yaxınlaşdıqda ilk növbədə müvafiq yol nişanlarına diqqət yetirməli, avtomobilin sürətini azaltmalı və sərt əyləcdən istifadə etməməli olduqları bildirilib.

Həmçinin sürücülərə təhlükəsiz ara məsafəsini qorumaq tövsiyə olunub.

Qeyd olunub ki, bu qaydalara əməl edilməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

"Qəzaların baş verməməsi həm də sizdən asılıdır", - deyə mərkəzdən vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin