Dini mərasim zamanı 14 yaşlı qıza təcavüz olundu

Hazırda oxunan: Dini mərasim zamanı 14 yaşlı qıza təcavüz olundu

634931

Hindistanda dini mərasim zamanı 14 yaşlı qıza qarşı cinsi zorakılıq törətməkdə şübhəli bilinən üç gənc saxlanılıb.

Bizim.Media Lent.az-a istinadla bildirir ki, məktəbli qız anası ilə birlikdə Uttaraxand ştatında yaşayan qohumlarının evinə gedib. Ailə gecəboyu oyaq qalmağı və dualar etməyi nəzərdə tutan dini mərasim keçirməyi planlaşdırıb.
 

Gecə saat 2 radələrində iki şübhəli və onların yetkinlik yaşına çatmayan digər tanışları qızı kənar bir yerə aparıblar. Orada yeniyetməyə qarşı cinsi zorakılıq törədilib. Qız huşunu itirdikdən sonra şübhəlilər hadisə yerindən qaçıblar.


 Zərərçəkən daha sonra baş verənləri anasına danışıb və onlar birlikdə polisə müraciət ediblər.
 
Hadisədən bir neçə saat sonra şübhəlilərdən bəziləri saxlanılıb. Cinayətdə iştirak etdiyi bildirilən 17 yaşlı digər şəxs isə hələ də axtarışdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin