Corcia Meloninin rəhbərlik etdiyi hökumət İkinci Dünya müharibəsindən sonra İtaliya tarixində hakimiyyətdə qalma müddətinə görə rekord vurub.
Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, hazırki hökumət 2022-ci ilin sentyabrından bəri, fasiləsiz olaraq 1413 gündür fəaliyyət göstərir.
Qeyd edək ki, bundan əvvəlki rekord 2001–2005-ci illərdə Silvio Berluskoninin rəhbərlik etdiyi kabinetə məxsus idi. Meloni və onun ultra-sağçı "İtaliya Qardaşları" partiyası bu tarixi rekordu sentyabrın 4-də ölkənin cənubundakı Bari şəhərində mitinqlə qeyd etməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, İtaliyada növbəti parlament seçkiləri ən geci 2027-ci ilin dekabrında keçiriləcək.
"Associated Press" (AP) agentliyinin yazdığına görə, "səmimi və praqmatik siyasətçi olan Meloni əvvəlki hökumətləri süquta uğradan daxili böhranlardan və partiyadaxili istefalardan yayınmağı bacarıb".
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:41 / 03.09.2026
Berluskoninin rekordunu yenilədi
Hazırda oxunan: Berluskoninin rekordunu yenilədi
Hazırda oxunan: Berluskoninin rekordunu yenilədi
634657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































