İnək südündəki bu zülal bitkilərdən əldə edildi

Hazırda oxunan: İnək südündəki bu zülal bitkilərdən əldə edildi

631593

Qüdssəki İbrani Universitetinin alimləri genetik modifikasiya olunmuş bitkilərdə inək südünün əsas zülallarından biri olan beta-kazein əldə ediblər.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Plant Science” jurnalında dərc olunub.
 

Laboratoriya sınaqlarında bitki hüceyrələrinin süddəki təbii kazein strukturlarına bənzər birləşmələri müstəqil formalaşdırdığı bəlli olub. Təcrübələr uğurla yekunlaşdıqdan sonra texnologiya quraqlığa davamlı aspir bitkisinə tətbiq edilib.


Mütəxəssislər bu üsulla gələcəkdə inəklərdən istifadə etmədən qida və dərman sənayesi üçün vacib zülallar istehsal etməyin mümkün olacağını bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin