Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ölümündən sonra təltif ediliblər.
Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilənlər arasında mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu da var.
Hər iki şəxs 2024-cü il 9 iyul tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olublar.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:20 / 17.08.2026
Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto
Hazırda oxunan: Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto
Hazırda oxunan: Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto
631600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































