AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

Hazırda oxunan: AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

631605

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Atırau şəhərinə ilk reysini uğurla həyata keçirib.

Bizim.Media AZAL-a istinadən xəbər verir ki, yeni marşrut Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişləndirilməsi, işgüzar və turizm səfərlərinin təşviqi, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımdır.

Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.

Yeni istiqamət sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya rahat və birbaşa səyahət imkanı yaradacaq.
 

Qazaxıstan AZAL-ın beynəlxalq marşrut şəbəkəsində prioritet istiqamətlərdən biridir. Aviaşirkət iki ölkə arasında artan mobilliyi və bazar tələbatını nəzərə alaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını mütəmadi şəkildə genişləndirir. Bununla, ölkənin milli aviadaşıyıcısı sərnişinlərə daha çox seçim və rahat səyahət imkanları təqdim edir, eyni zamanda Azərbaycan ilə Mərkəzi Asiya arasında hava nəqliyyatı əlaqələrinin inkişafına töhfə verir.


Atırau istiqamətinə biletləri www.azal.az rəsmi internet səhifəsindən, AZAL mobil tətbiqindən, aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin