Bioloji yaşı necə hesablamaq olar?

Hazırda oxunan: Bioloji yaşı necə hesablamaq olar?

631341

Yaş insanın real sağlamlıq vəziyyətini həmişə əks etdirmir. 50 yaşlı bir insan fiziki cəhətdən aktiv ola bildiyi halda, 35 yaşında digərində xroniki xəstəliklər yarana bilər.

Bizim.Media xəbər verir ki, bu barədə həkim Viktoriya Kulagina “iz.ru”ya müsahibəsində bildirib.

O qeyd edib ki, bioloji yaş orqanizm, toxuma və hüceyrələrin eyni xronoloji yaşda olan insanlarla müqayisədə nə dərəcədə effektiv işlədiyini göstərir. Buna genetika, qidalanma, fiziki aktivlik, yuxu, stress, xroniki xəstəliklər və zərərli vərdişlər təsir edir.

Yaşlandıqca hüceyrələrdə zədələnmələr toplanır, immun sisteminin fəaliyyəti dəyişir, iltihabi proseslər artır və xromosomların qoruyucu hissələri olan telomerlər qısalır. Bu amillər insanın fərdi qocalma sürətini müəyyənləşdirir.

Bioloji yaşı dəqiq ölçmək mümkündürmü?

Mütəxəssisə görə, hazırda bioloji yaşı tam dəqiqliklə müəyyən edən vahid test yoxdur. Qan analizləri, qan təzyiqi, ürək-damar sistemi, əzələ gücü, yerimə sürəti və fiziki dözümlülük kimi göstəricilər orqanizmin vəziyyəti barədə məlumat verə bilər.

Orqanizmi cavanlaşdırmaq mümkündürmü?
 

Qocalmanı tam geri çevirmək mümkün deyil. Lakin müntəzəm fiziki aktivlik, sağlam qidalanma, normal çəki, keyfiyyətli yuxu, siqaretdən uzaq durmaq, qan təzyiqi, şəkər və xolesterinə nəzarət qocalma ilə bağlı bir sıra göstəriciləri yaxşılaşdıra bilər.


Həkim həmçinin vurğulayıb ki, bioloji yaş testlərini yekun diaqnoz kimi qəbul etmək olmaz. İnsan sağlamlığını qiymətləndirmək üçün risk faktorları, həyat tərzi və xroniki xəstəliklər kompleks şəkildə nəzərə alınmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin