Kənd sakinləri tarixi körpünü öz vəsaitləri hesabına BƏRPA ETDİLƏR – FOTO

Hazırda oxunan: Kənd sakinləri tarixi körpünü öz vəsaitləri hesabına BƏRPA ETDİLƏR – FOTO

631322

Kəlbəcər rayonunun Abdullauşağı kəndinin sakinləri ermənilər tərəfindən dağıdılmış tarixi körpünü şəxsi vəsaitləri və fiziki imkanları hesabına tam bərpa ediblər.

Bu barədə kənd sakini İnqilab Şirinli Bizim.Media-ya məlumat verib.
 

Onun sözlərinə görə, sakinlər bərpa etdikləri körpünü kəndin tarixi ilə əlaqədar “Şahsevənlər körpüsü” adlandırıblar. Həmçinin kəndin giriş hissəsində fərqli formatda tanıtım lövhəsi quraşdırılıb.


Bundan başqa, erməni vandallığı nəticəsində dağıdılmış kənd qəbiristanlığında da sakinlər tərəfindən abadlıq işləri aparılıb.

Qeyd edək ki, Abdullauşağı kəndinin tarixi kökləri Güney Azərbaycanın Ərdəbil mahalından gələn Şahsevən tayfası ilə bağlıdır.

Kənd sakinləri bildiriblər ki, bu addımları dövlətin Böyük Qayıdış strategiyasına dəstək olmaq, doğma torpaqlara qayıdışı təşviq etmək və kəndin tarixi-mədəni irsini yaşatmaq məqsədi daşıyır.








Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin