“Neft sata bilmirik, fabriklərimiz dağılıb” – VİDEO

Hazırda oxunan: “Neft sata bilmirik, fabriklərimiz dağılıb” – VİDEO

631309

“Problemlərimiz dəfələrlə artıb, gəlirlərimiz isə azalıb”.

Bizim.Media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkəsinin iqtisadi vəziyyəti ilə bağlı danışarkən deyib.

Pezeşkian xərclərin artması, neft satışının azalması və sənaye müəssisələrinə dəyən ziyanın dövlət gəlirlərinə ciddi təsir etdiyini söyləyib.
 

Prezidentin sözlərinə görə, idxal olunan məhsullar artıq ölkəyə əvvəlki kimi birbaşa yollarla çatdırılmır. Müxtəlif marşrutlardan istifadə olunması isə məhsulların son qiymətinin artmasına səbəb olur:


“Gəlirimiz də azalıb. Əvvəllər neft satırdıq, indi sata bilmirik”.

O, sənaye müəssisələrinin də müharibə zamanı zərər gördüyünü bildirib:

“Onlar bir çox fabrikə zərbələr endirib, dağıdıblar”.

Pezeşkian bunun vergi gəlirlərinə də təsir etdiyini vurğulayıb:

“Biz fabriklərdən vergi toplaya bilmirik və bununla yanaşı, onlara pul verməliyik ki, onlar ayaqda qala bilsinlər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin