Daha bir ölkə “Məkkə sazişi”nə QOŞULA BİLƏR

Hazırda oxunan: Daha bir ölkə “Məkkə sazişi”nə QOŞULA BİLƏR

631317

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan birgə müdafiə haqqında Məkkə sazişi gələcəkdə digər ölkələrin, o cümlədən Misirin də bu razılaşmaya qoşulmasına imkan verir.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu “Al Jazeera” telekanalına müsahibəsində deyib.
 

Onun sözlərinə görə, sazişin əsas şərti iştirakçı ölkələrdən hər hansı birinə qarşı təcavüz baş verdiyi təqdirdə tərəflərin birgə addımlar atmasıdır. Ərdoğan bu razılaşmanın “bütün dünyaya mühüm mesaj göndərdiyini” bildirib.


Türkiyə lideri həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpasının Ankara üçün prioritet olduğunu vurğulayıb.

O, boğazın fəaliyyətinin daha uzun müddət dayandırılmasının heç kimin maraqlarına cavab vermədiyini qeyd edib.

Xatırladaq ki, 7 avqust 2026-cı ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında qarşılıqlı müdafiə sazişi imzalanıb. Sazişə əsasən, üç dövlətdən hər hansı birinə qarşı silahlı hücum onların hər üçünə qarşı hücum kimi qiymətləndirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin