Azərbaycan XİN-dən İndoneziyaya başsağlığı – FOTO

Hazırda oxunan: Azərbaycan XİN-dən İndoneziyaya başsağlığı – FOTO

631339

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.
 

"İndoneziyada baş verən insan tələfatı, eləcə də xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib.


Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik.

Bu çətin zamanda İndoneziya xalqının yanındayıq", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün İndoneziyada ardıcıl yeraltı təkanlar qeydə alınıb. Zəlzələ nəticəsində son məlumatlara görə 47 nəfər həyatını itirib. Ölənlərin sayının artması gözlənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin