İndoneziyanın şərqindəki Halmahera adası sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
"Zəlzələ yerli vaxtla saat 16:50-də, 100 mindən çox əhalisi olan Ternate şəhərindən 105 kilometr şimalda qeydə alınıb. Zəlzələnin ocağı yerin 125 kilometr dərinliyində yerləşib", – deyə məlumatda bildirilir.
Mümkün tələfat və ya dağıntılar barədə hələlik hər hansı bir məlumat daxil olmayıb.
Qeyd edək ki, avqustun 5-də Kuril adaları sahillərində də 4,7 maqnitudalı zəlzələ baş verib. Bu yeraltı təkanların ocağı isə yerin 64 kilometr dərinliyində qeydə alınıb. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilib.
Bizim.Media




































































































