Ukrayna Prezidenti Volodimir Zelenski və Polşanın Baş naziri Donald Tusk Ukraynada yerləşdirilmiş "Patriot" zenit-raket kompleksləri (ZRK) üçün raketlərin Polşada istehsalı imkanlarını müzakirə edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti"yə danışıqların gedişatından xəbərdar olan mənbə məlumat verib.
"Zelenski və Tusk arasındakı danışıqlarda ABŞ — Polşa — Ukrayna formatı çərçivəsində “Patriot” ZRK üçün PAC-3 raketlərinin istehsalının Polşa ərazisində yerləşdirilməsi müzakirə olunacaq", — deyə o bildirib.
Mənbənin sözlərinə görə, Vaşinqton Amerika raketlərinin istehsalının Ukrayna ərazisində lokallaşdırılması ideyasına soyuq yanaşdığını hiss etdirdikdən sonra Zelenski bu məsələni qaldırmaq məcburiyyətində qalıb.
Agentliyin həmsöhbəti izah edib ki, istehsalın Polşada yerləşdirilməsi variantı ABŞ-yə daha təhlükəsiz görünüb.
Qeyd edək ki, iyulun 29-da Zelenski və Tusk Polşada görüşü olub.
Bizim.Media
































































































