Uqanda Ebola epidemiyasının başa çatdığını ELAN ETDİ

Hazırda oxunan: Uqanda Ebola epidemiyasının başa çatdığını ELAN ETDİ

628033

Uqanda hakimiyyəti ölkədə may ayında qeydə alınan Ebola epidemiyasının başa çatdığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Səhiyyə naziri Kris Barjomunsi ölkənin rəsmi olaraq Eboladan xilas olduğunu açıqlayıb.
 

Onun sözlərinə görə, qərar son yoluxmuş xəstənin evə buraxılmasından sonra başlanmış 42 günlük müşahidə müddətinin başa çatması əsasında qəbul edilib.


Məlumata görə, Uqandada ümumilikdə 20 nəfərdə Ebola təsdiqlənib. Onlardan 15-i qonşu Konqo Demokratik Respublikasında, 5-i isə ölkə daxilində virusa yoluxub. Konqo Demokratik Respublikasının vətəndaşı olan iki nəfər vəfat edib, 18 xəstə isə sağalaraq evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin