“Bizdə dünyanın ən böyük kameraları var və onlar buna fokuslanıb. Pikaks dağında nə baş verdiyini dəqiq bilirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox news”a müsahibəsində deyib.
“Biz onların nüvə obyektlərini ləğv etdik. Əgər İranla razılaşmasaq, çox asanlıqla Pikaks dağını da məhv edəcəyik”,- deyə Tramp bildirib.
Xatırladaq ki, Pikaks dağı (ing. Pickaxe Mountain, farsca Kuh-e Kolang Gaz La) İranın İsfahan əyalətində, Natanz nüvə kompleksi yaxınlığında yerləşən dağdır. Son illərdə dağın altında tikildiyi bildirilən möhkəmləndirilmiş yeraltı tunel kompleksi səbəbindən beynəlxalq diqqət mərkəzinə çevrilib.
Bəzi Qərb mənbələri bu obyektin İranın nüvə proqramı ilə əlaqəli ola biləcəyini iddia etsələr də, Tehran bu iddiaları rədd edir və burada nüvə fəaliyyətinin aparılmadığını bildirir. Dağın daxilindəki obyektlərin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən yoxlanılmaması da müxtəlif fərziyyələrin yaranmasına səbəb olub.
Bizim.Media




































































































