Makron Türkiyəyə təşəkkür etdi – FOTO -VİDEO

Hazırda oxunan: Makron Türkiyəyə təşəkkür etdi – FOTO -VİDEO

628003

Fransa Prezidenti Emmanuel Makron meşə yanğınlarının söndürülməsində göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, Makron bununla bağlı X sosial şəbəkəsində paylaşım edərək, Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının paylaşımını yenidən dərc edib və "Təşəkkürlər, Türkiyə!" sözlərini yazıb.
 

Bundan əvvəl İbrahim Yumaklı İspaniyadan sonra Türkiyəyə məxsus iki yanğınsöndürən təyyarənin Fransadakı genişmiqyaslı meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün yola salındığını açıqlamışdı.


Nazirin sözlərinə görə, Türkiyə təbii yanğınların nəticələrinin aradan qaldırılmasında Avropa ölkələrinə dəstəyini davam etdirir.
 



Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin