Tramp Putinin müharibə ilə bağlı vədlərinin doğrulmamasından məyus olub

Hazırda oxunan: Tramp Putinin müharibə ilə bağlı vədlərinin doğrulmamasından məyus olub

628000

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə münasibətinin dəyişdiyi iddia olunur.

Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri Trampa yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp əvvəlcə Rusiya ordusunun Ukraynanı qısa müddətdə məğlub edəcəyinə inanırdı. Mənbələrin sözlərinə görə, Putin telefon danışıqlarında dəfələrlə Ukrayna cəbhəsində vəziyyətin Rusiya üçün uğurla inkişaf etdiyini və Kiyevin durumunun kritik olduğunu bildirib.
 

Nəşr yazır ki, Tramp müharibənin tezliklə başa çatmasını istədiyini Putinə çatdırıb və hər iki tərəfin böyük itkilər verdiyini vurğulayıb. Lakin ABŞ rəsmilərinin fikrincə, itkilərə və Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli pilotsuz aparat zərbələrinə baxmayaraq, Putin Ukraynanı öz nəzarətinə almaq məqsədindən geri çəkilməyib.


Məqalədə qeyd olunur ki, Tramp Ukraynanın müqavimət göstərmək qabiliyyətindən, Rusiya ərazisində həyata keçirdiyi uzaqmənzilli zərbələrdən və ölkənin sürətlə inkişaf edən pilotsuz uçuş aparatları sənayesindən təsirlənib.

The Wall Street Journal yazır ki, bu amillər, eləcə də Avropa liderlərinin diplomatik fəaliyyəti Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibətinə də təsir göstərib. Bununla belə, nəşr Trampın mövqeyindəki bu dəyişikliyin nə qədər davam edəcəyinin hələlik məlum olmadığını vurğulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin