Dünya ulduzlarının dəbdəbəli yay tətili: Həftəsi 2,6 milyon funt sterlinqə üzən otel - FOTO

Hazırda oxunan: Dünya ulduzlarının dəbdəbəli yay tətili: Həftəsi 2,6 milyon funt sterlinqə üzən otel - FOTO

627998

Yay mövsümündə Aralıq dənizi sahillərində dəbdəbəli superyaxtalarda istirahət edən dünya ulduzlarının xərcləri diqqət çəkib.

Bizim.Media xəbər verir ki, bəzi superyaxtaların həftəlik icarə haqqı 3 milyon funt sterlinqə qədər yüksəlir.

Məlumata görə, superyaxtalar məşhurların ən çox üstünlük verdiyi istirahət vasitələrindən birinə çevrilib.

Beyons və Cey-Zi, Leonardo Di Kaprio, Devid Bekhem ailəsi və digər məşhurlar şəxsi yaxta almaqdansa, onları qısa müddətə icarəyə götürməyə üstünlük verirlər.

Ekspertlərin sözlərinə görə, yaxtanın elan olunan icarə qiyməti yekun məbləğin yalnız bir hissəsidir. Yanacaq, ərzaq, içkilər, liman rüsumları və ekipaja verilən 10-15 faiz həcmində bəxşiş əlavə olunduqda ümumi xərc daha da artır.

Məşhurların istifadə etdiyi bəzi superyaxtaların həftəlik icarə qiymətləri:

Erlinq Holann – Elis Et Mar yaxtası: 225 min funt sterlinq;

Kevin Hart – Axioma yaxtası: 485-540 min funt sterlinq;

Devid və Viktoriya Bekhem – Madsummer yaxtası: 1,6 milyon funt sterlinq;

Bruklin Bekhem və Nikola Pelts – Project X yaxtası: 1,2 milyon funt sterlinq;

Beyons və Cey-Zi – Kismet yaxtası: 2,2-2,6 milyon funt sterlinq.

Qeyd olunur ki, xüsusilə Kismet yaxtası dünyanın ən dəbdəbəli istirahət gəmilərindən hesab olunur.

Təxminən 160 milyon funt sterlinq dəyərində olan bu superyaxtada çoxmərtəbəli hovuz, basketbol meydançası, spa mərkəzi, gözəllik salonu, helikopter meydançası və şəxsi kinoteatr fəaliyyət göstərir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin