Moskvanın Vnukovo hava limanında baqajların emalı sistemində səhər saatlarından etibarən fasilələr yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təmir işlərinə artıq podratçı şirkət cəlb olunub, baqajların bölüşdürülməsi prosesinə isə əlavə əməkdaşlar qoşulub.
Qeyd olunur ki, əsas problem gələn sərnişinlərin baqajları ilə deyil, uçuşa hazırlaşan sərnişinlərin baqajları ilə bağlıdır.
“Problem tam həll olunmayıb. Lakin vəziyyət artıq yaxşılaşıb. Ümid edirik ki, axşama qədər baqajla bağlı vəziyyət normal rejimə qayıdacaq”, – hava limanından bildirilib.
Daha əvvəl Rusiya mediası sərnişinlərə istinadən Vnukovoda bir neçə reysin gecikdiyini yazmışdı.
Bizim.Media



































































































