ABŞ və İrana 10 günlük atəşkəs planı təqdim edilib

Hazırda oxunan: ABŞ və İrana 10 günlük atəşkəs planı təqdim edilib

627597

Əl-Ərəbiyyə telekanalı xəbər verib ki, ABŞ və İran Pakistan və Qətərin iki ölkə arasında danışıqları bərpa etmək məqsədi daşıyan birgə təşəbbüsünə cavab veriblər.

Bizim.Media xəbər verir ki, məlumata əsasən, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər Vaşinqton və Tehrana 10 günlük atəşkəs planı təqdim ediblər.

Planın əsas məqsədi Hörmüz boğazında gərginliyi azaltmaq, beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək və diplomatik danışıqlar üçün şərait yaratmaqdır.

Təklif iki əsas şərti nəzərdə tutur: hərbi əməliyyatların dərhal dayandırılması və Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün tam açıq saxlanılması.

Əl-Ərəbiyyə bildirir ki, təşəbbüs Omanın paytaxtı Məskətdə keçirilən danışıqların davamı kimi hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin