İtaliya uşaqları Avropanın ən kök uşaqları sırasına düşdü - FOTO

Hazırda oxunan: İtaliya uşaqları Avropanın ən kök uşaqları sırasına düşdü - FOTO

627586

İtaliyada uşaqlar arasında artıq çəki və piylənmə halları sürətlə artır, ölkənin bəzi bölgələrində bu göstəricilər Avropanın ən yüksək səviyyələrindən birinə çatıb.

Bizim.Media xəbər verir ki, bəzi məlumatlara görə, Kampaniya vilayətinin müəyyən ərazilərində 8-9 yaşlı uşaqların 40 faizindən çoxu artıq çəkidən əziyyət çəkir.

Neapolun kənarındakı Pontiçelli qəsəbəsi isə uşaq piylənməsinin dünya üzrə “paytaxtlarından” biri kimi pis şöhrət qazanıb.

 

Bu vəziyyət uzun illər Aralıq dənizi pəhrizinin vətəni hesab olunan ölkə üçün xüsusilə təəccüblü görünür. Lakin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hazırda italyan uşaqları Avropanın ən kök uşaqları arasında yer alır.

 

Müasir italyan qidalanmasını təsvir edən mütəxəssislər ölkədə “beş P” adlandırılan qida modelinin yayıldığını bildirirlər: pizza (pizza), pasta (makaron), potatoes (kartof), protein (ət mənşəli zülallı məhsullar) və pane (çörək).


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin