Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Aleksandr Moiseyev ölkədə 500 tonluq pilotsuz gəminin yaradıldığını bildirib.
Bizim.Media xəbər verir ki, Moiseyevin sözlərinə görə, yeni gəmi sualtı qayıqların və sualtı obyektlərin axtarışı ilə bağlı xüsusi tapşırıqları yerinə yetirəcək.
“Biz sualtı qayıqların, sualtı obyektlərin axtarışı üzrə ayrı-ayrı vəzifələri həll edən gəmi yaradırıq. Bunu kiçik gəmi sinfinə aid etmək olar. Bu, ekipajsız gəmi olacaq və hazırkı dövlət silahlanma proqramına daxil edilib.
Bu, ilk belə gəmi olacaq və gələcəkdə ekipajsız sistemlərin inkişafı üçün əsas rolunu oynayacaq”, – deyə Moiseyev bildirib.
Bizim.Media




































































































