Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada baş verən faciə nəticəsində üç azyaşlı uşaq qazdan zəhərlənərək ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 25-i axşam saatlarında şəhərdəki fərdi yaşayış evlərindən birində baş verib. Valideyn nəzarətindən kənarda qalan uşaqlar qaz kranını açıblar. Nəticədə ev qısa müddətdə qazla dolub və uşaqlar kəskin qaz zəhərlənməsindən hadisə yerində həyatlarını itiriblər.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi iki və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açıb.
İstintaqın əsas fiqurantı uşaqları evdə tək qoyan ata hesab olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qaz avadanlığı uşaqların sərbəst çata biləcəyi yerdə yerləşib. Təqsiri sübuta yetiriləcəyi təqdirdə, onu 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizim.Media




































































































